Şou-biznes

Kənanın müğənni xanımı ana olduqdan sonra - FOTO

11 İyun 2016 23:10
10 Şərh     Baxış: 16 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Kənan M.M.-in müğənni xanımı Aygün Mahmudova ana olduqdan sonra ilk dəfə efirə çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Qadına görə" verilişinin qonağı olan ifaçı üçüncü övladı dünyaya gəldikdən sonra xeyli kökəlməsindən danışıb:

"Ana olduqdan 3 ay sonra idmana başlasanız, kökəlməyəcəksiniz. Hamiləlikdə arıqladım, doğuşdan sonra kökəldim. İdmana vaxt ayıra bilmirdim. Hazırda idman edirəm və 5 kiloqram atmışam. 5 kiloqram da atdıqdan sonra, formaya düşəcəm".

A.Mahmudova səhnədən uzaqlaşmasının da səbəbini açıqlayıb: 

"Köməkçim yoxdur, övladlarıma özüm baxıram. Buna görə də sənətdən uzaqlaşmışdım. Amma mən övladlarımla fəxr edirəm. Bəziləri var ki, deyir, bədən quruluşum pozulacaq, uşaq doğmayım. Onları ana kimi qəbul etmirəm. Övlad üçün hər şeyi qurban verməliyik. Sevənlərim bilir ki, mən ana olduğum üçün uzaqlaşmışdım, indi qayıtmışam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.