Şou-biznes

Xalq artisti yenidən kafedra müdiri seçildi

10 İyun 2016 17:58
0 Şərh     Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Xuraman Qasımova yenidən Bakı Musiqi Akademiyasında kafedra müdiri seçilib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "10-dan sonra" verilişində deyib: 

"Bu hadisə iyunun 3-də oldu. Məni qarşıdakı növbəti beşillik üçün kafedra müdiri seçdilər".
 
X.Qasımova gənc ifaçılara məsləhətlər də verib:

"Çalışdığım musiqi akademiyasında sinifim daima açıqdır. Hər kəs məsləhətimi ala bilər. Vokalist  yetişdirmək çətin işdir.

Bu gün gənc aktyorların, vokalistlərin dərslər alması vacibdir. Qüsurları aradan götürmək üçün dərslərə gəlsinlər. 

İfaçılar özlərini səhnədə aktyor kimi aparmamalıdır, bu sənət yüngüllüklə uğur gətirmir. Eləsi var ki, 3 günə hər şey qazanır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.