Şou-biznes

"Mən onun arzularına son qoyaram, nakam edərəm" - FOTO

10 İyun 2016 16:42
3 Şərh     Baxış: 3 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman fərqli tərzdə cəmiyyət içərisinə çıxmağa çalışıram. Ya şalvar geyinirəm, ya da saç düzümündə fərqlilik edirəm. Özüm-özümü bəzəyirəm.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aşıq Samirə Əliyeva deyib. 

Sənətçi geyim tərzindən bəhs edib:

"İndi bilmirəm, stilistlər tərifləyəcək, yoxsa tənqidlər yağdıracaqlar. Əsas odur ki, seçilə biləsən. 

Tanınmış biri olmaq çətin olduğu qədər də, çox yaxşıdır. Kimdənsə nəsə xahiş edəndə, harasa gedəndə, işə yarayır. Həmişə getdiyin yerdə xüsusi bir hörmət, diqqət görürsən. 

Amma ailəvi harasa gədəndə, mənə problem yaranır. Camaata 5 manata satılan bir şeyi mənə 15 manata satırlar, hələ üstündən minnət də edirlər. Hərdən anam mənə deyir ki, bazara getmə, qoy biz alaq. Yenə də dözmürəm gedirəm".

S.Əliyeva geyiminin Qatarın birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnədin stilinə bənzədilməsinə münasibət bildirib:

"Əslində, bu cür libas seçməyim bir təsadüfdür. Bunu mənə yaxın rəfiqələrim də dedilər, heç ağlıma gəlməmişdi. Gözəl xanımdır, ona bənzədilmək yaxşıdır. Kaş gördüyümüz işlərdə də onun qədər xeyirxah olardıq. Baş bağlamağı çox sevirəm. Allah qismət eləsin, hicaba keçim. Bu, mənim həyatda ən böyük arzumdur. Bu sahədən uzaqlaşmalıyam ki, onu edim".

"Moza bint Nasirin həyat yoldaşı onun alış-veriş etdiyi markaları xanımı üçün satın alır ki, təkcə onda olsun. Sizin kiminləsə eyni libası geyinməmək kimi bir qanununuz var" sualına aşıq belə cavab verib:

"Eybi yoxdur, mən onun arzularına son qoyaram, nakam edərəm (gülür). Onunla eyni libasdan geyinərəm, arzusu ürəyində qalar. Xoşbəxt xanımdır. Mənim elə bir problemim olmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.