Şou-biznes

"Həyatda ən qorxduğum şey..." - FOTO

9 İyun 2016 15:20
26 Şərh     Baxış: 6 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxları elə bilir ki, oxumağı tamam atmışam. Mən ritmik mahnılar oxumuram. Həzin musiqilər səsləndirirəm, xına mərasiminə gedirəm.

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. 

O, xına biznesindən söz açıb:

"Üç restoran bəzəyəcək qədər dekorasiyam var. Buna bir sərvət xərcləmişəm. Hamısını özüm cibimin pulu ilə almışam. 

Həyatda ən qorxduğum şey dünyamı tez dəyişməkdir. Allah mənə ömür versin, övladlarımı böyüdüm, Anamı itirəndən sonra anasızlıq nədir anlayıram. İşləyirəm ki, balalarım üçün hər şey edim. Qazandığım pulu da onlara xərcləyirəm. Bu yay bütün günümü uşaqlarıma həsr edəcəm. Onları rayonlara aparıb, gəzdirəcəm. 

Başa düşürəm ki, yetimlik pis şeydir. Ana həsrətini anamı itirəndən sonra anladım (kövrəlir). Ata nə qədər uşağını sevsə də, ana qədər olmaz. Allah anaya səbr verir, uşağın hər nazına dözürsən. Allah yoldaşıma can sağlığı versin, amma mən uşaqlarımın yanında olmasam, yaşaya bilməzlər".

X.Şuşalı hicab bağladıqdan sonra sənət dostlarına münasibətinin dəyişdiyini deyib:

"Başımı bağladım, xasiyyətim, həyata baxışım dəyişib. Şou-biznesdəkilərlə münasibətim də fərqlidir. İndi daha yaxşı olmuşam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.