Şou-biznes

Layma Vaykule: "Şişman azərbaycanlılar mənə əsrarəngiz çiçəklər bağışlayanda arıq latışlar..."

9 İyun 2016 14:11
3 Şərh     Baxış: 4 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir gün dərk etdim ki, restorandan getmək lazımdır. Orada boğulduğumu və sıxıldığımı hiss etdim".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məşhur latviyalı müğənni Layma Vaykule Bakı Filarmoniyasında yaradıcılığı barədə suala cavab verərkən deyib. 

Müğənninin sözlərinə görə, Latviyada solo karyeraya başlamaq məqamı gəlib çatmışdı.

"Raymond Paulsa dedim ki, istənilən konsert təşkilatında işləməyimə kömək edə bilərmi? Raymond Yurmala şəhərinin mədəniyyət şöbəsinə məktub yazdı. Rədd cavabı gəldi.

Həmin vaxt mənim başqa respublikaların filarmoniyalarının rəhbərlərini tanıyan direktorum var idi. Elə o mənə "Azkonsertə" sığınmağı məsləhət gördü. Mən dərhal və məmnuniyyətlə razılaşdım. 

Və buna görə onlara (azərbaycanlılara) çox minnətdaram. İlk beynəlxalq müsabiqəm "Bratislavskaya lira"ya artıq Bakı Filarmoniyasının solisti qismində getdim", - müğənni qeyd edib. 

"Latviyada sizi "satqınlığınıza" və inadkarlığa görə güllələmədilər?" sualının cavabında isə müğənni yumorla qeyd edib:

"Mənə elə şeylər deyirdilər ki... (gülür). Yenidənqurma zamanında guya Rusiyanın "Vzqlyad" televiziya proqramının jurnalistləri gəlmişdilər. Heç vaxt unutmaram, onlar mənə nifrətlə baxıb soruşdular: "Şişman azərbaycanlılar sizi necə qəbul etdi?" Onlar məni əsəbləşdirdilər. Mən elə onların intonasiyasında cavab verdim: 

"Şişman azərbaycanlılar hər konsertdən sonra mənə əsrarəngiz çiçəklər və meyvə səbətləri bağışlayanda arıq latışlar Latviyanın ən populyar müğənnisinə öz qrupunu təşkil etməyə icazə verməkdən qorxaraq gözlərini qaçırdırdılar".

Mənə vurulan "satqın" damğasından qorxmayan hər kəsə dərin hörmətlə yanaşıram". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.