Şou-biznes

Rafael Ağayevə bahalı avtomobil hədiyyə olundu - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA - FOTO

9 İyun 2016 14:56
30 Şərh     Baxış: 14 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:56

"Cənab nazir bir çox tanınan idmançıların toyunda iştirak edə bilər. O demək deyil ki, hər iştirak etdiyi toyda maşın bağışlayır".

Bunu Milli.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

O qeyd edib: "Yayılan məlumat həqiqətə uyğun deyil və bu cür məlumatlar veriləndə orada mənbənin göstərilməsi peşəkarlıqdan xəbər verir ki, bu da bəzi saytlarda yoxdur".

--------

14:37

Karate üzrə milli komandamızın kapitanı, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə bahalı avtomobil hədiyyə edilib.

İdmançı özü sosial şəbəkədə yeni avtomobilinin fotosunu paylaşıb və bunları yazıb:

"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi... Allahım, min şükür".

Ölkə.az məsələni aydınlaşdırıb. Məlum olub ki, sözügedən avtomobili Rafael Ağayevə gənclər və idman naziri Azad Rəhimov hədiyyə edib.

Qeyd edək ki, idmançının bir neçə gün əvvəl keçirilən toyunda Azad Rəhimov da iştirak etmişdi.

---------

09:46

Azərbaycan idmançıları arasında ən sayılıb-seçilən, bayrağımızı mötəbər yarışlarda dəfələrlə yüksəyə qaldırıb himnimizi səsləndirən karateçimiz yeni avtomobil əldə edib. 

Milli.Az xəbər verir ki, bir neçə gün öncə özünə təmtəraqlı toy edən Rafael Ağayevə yeni "Audi" avtomobili hədiyyə olunub.

"Qara brilyant" ləqəbli idmançımız bu barədə özü məlumat verib. O, sevincini bu sözlərlə şərh edib.

"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allaha min şükür!" 

Cavan, Pünhan

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.