Şou-biznes

Ağalarov məşhur müğənniləri Bakıya gətirir

8 İyun 2016 18:34
Baxış: 4 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9-10 iyul tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda Sea Breeze istirahət mərkəzində ilk dəfə "JARA" Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, festival günlərində Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var. Festivalda həmçinin, Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı da nəzərdə tutulur. Beynəlxalq "JARA" festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.