Şou-biznes

Zümrüd verilişinin bağlanmasından danışdı

8 İyun 2016 14:55
3 Şərh     Baxış: 3 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Verilişin bağlanması "Xəzər" telekanalının rəhbərliyinin istəyi idi. Əsas odur ki, 2 il ərzində tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etdik. Veriliş yeni mövsümdə ola da bilər, olmaya da".

Bu sözləri axşam.az-a açıqlamasında aparıcı, aktrisa Zümrüd Qasımova deyib. Bir neçə gün əvvəl aparıcılıq etdiyi "Yeri gəlmişkən" verilişi bağlanan Z.Qasımova yeniliklərindən danışıb. 

O, deyib ki, hazırda yeni tamaşa üzərində çalışır: 

"İstirahət lazım idi, yorulmuşduq. İki ildir veriliş davam edir. Mən həm də aktrisayam, teatrda çalışıram. Yeni tamaşa üzərində işləyirəm, premyera olacaq. Yeni mövsümdə "Xəzər"də olub-olmayacağımı bilmirəm. Mən bir yerdə çalışmıram, harada maraqlı layihə olsa, qonorar qane etsə, gedəcəm. Bundan əvvəlki işimdə Region TV-nin böyük rolu olmuşdu".

Aktrisa seriallarda çəkilməməyinin səbəbini açıqlayıb:

"Hələ istədiyim məbləği verən olmadığı üçün getməmişəm. Bir də mən ancaq baş rol istəyirəm. Təkliflər olur, amma şərtlərimiz uyğun gəlmir. Gərək ssenari o qədər gözəl olsun ki, mən orada pul düşünməyim, nə gəldi razılaşım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.