Şou-biznes

Səbinə əsəbləşdi: "İstəyərəm, müsahibəyə təyyarə ilə gələrəm"

6 İyun 2016 17:29
0 Şərh     Baxış: 2 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva plastik əməliyyat etdirməsi ilə bağlı dedi-qodulara son qoyub. 

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında plastik əməliyyat etdirən və tac taxan həmkarlarından da söz açıb:

"Tac taxanların 80 faizi "plastmasdır". Uzaqdan onlara baxıram ki, qazancı elə onu etdirməyə çatır. 

Heç bir plastik əməliyyat etdirməmişəm, fikrim də yoxdur. Son günlər dəyişdiyimi deyirlər. Yəqin, analıq mənə düşdü, dəyişmişəm".

S.Babayevanın müsahibə zamanı əyləşdiyi kreslosu xalq artisti Aygün Kazımovanınkını xatırladıb. 

İfaçı bununla bağlı suala: "Bu bir təsadüfdür. Burada nə var ki? İstəyərəm, gələcəkdə özəl təyyarəmlə müsahibəyə gələrəm. Bu da kimisə qıcıqlandıracaq?" - deyə sərt cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.