Şou-biznes

Afaq Gəncəli: "Onda bütün qadınlığım əldən gedir" - FOTO

6 İyun 2016 16:41
5 Şərh     Baxış: 4 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Afaq Gəncəli tez-tez saç formasını dəyişməsindən danışıb. 

Axşam.az-a açıqlama verən aparıcı qısa saçlı imicini heç bəyənmədiyini etiraf edib:

"Mənə uzun saç rahatdır. Qısa saçda özümü oğlan kimi hiss edirəm, bütün qadınlığım əldən gedir. Uşaqlıqda da oğlan kimiydim. Mənim heç vaxt gəlinciyim olmayıb. Həmişə ya futbol oynamışam, ya da qardaşlarımla birlikdə maşın sürmüşəm. Mənim aldadıcı simam var. Daxilən kişiyəm, üzdən qadın kimi görünürəm".

A.Gəncəli yaxın günlərdə sarı saçlarını qaraya boyayacağını bildirib: 

"İmicimi yenə dəyişmək istəyirəm. Saçlarımı qapqara edəcəm. Ustaya hər dəfə deyirəm, qara et, qoymur. Amma yay keçsin, bu istəyimi reallaşdıracam".

Aparıcının geyindiyi ağ libasın xalq artisti Aygün Kazımovanın "Sessiz sinema" klipindəki geyiminə bənzəməsi diqqətdən qaçmayıb. Afaq bununla bağlı sualları da cavablandırıb: 

"Bunu mənə bir neçə adam da dedi. Paltarı əməkdaşlıq etdiyim bir butikdən götürmüşəm. Qəsdən seçmədim, təsadüf oldu. Amma nə olsun ki... Dünya ulduzları da var ki, tez-tez eyni geyimdə olurlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.