Şou-biznes

Hamilə xalq artisti: "Utanıram, böyük-kiçik var" - YENİLƏNİB

6 İyun 2016 19:52
30 Şərh     Baxış: 19 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:52

Xalq artisti Gülyanaq Məmmədova ana olmağa hazırlaşmasından danışıb. 

Musavat.com saytına açıqlama verən xalq artisti bildirib ki, 4-cü uşağı doğulacaq:

"Bilmirəm ki, hamilə olmağım barədə media nümayəndələri haradan xəbər tutublar. Allah qismət etsə, dördüncü dəfə övladım olacaq. Səhhətim yaxşıdır, hamiləliyin ilk aylarını yaşadığım üçün susurdum, təhlükəli zamanlardır, vaxt keçməsini istəyirdim. Əslində, bu haqda danışmaq istəmirdim, utanıram, böyük-kiçik var. Allah övlad payı verib, bununla gündəmə gəlmək istəmirəm. Allah balamı sağ-salamat qucağıma almağı qismət etsin, övladı olmayanlara bala payı versin". 

---------

15:52

Xalq artisti, xanəndə Güyanaq Məmmədova yenidən hamilədir.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, müğənni artıq 4-cü uşağının yolunu gözləyir.

Xatırladaq ki, müğənninin hazırda 3 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.