Şou-biznes

Miri Yusifi qeyri-peşəkar adlandırdı, Eldarı uzaqlaşdırdı - VİDEO

6 İyun 2016 16:16
0 Şərh     Baxış: 1 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı müğənni-bəstəkar hacı Nazim Məmmədov olub. 

Axşam.az-ın məlumatına görə, ifaçı müğənni Elnarə Xəlilovanı tənqid edib və onuncu pilləyə layiq görüb:

"Elnarə mənim əzizimdir, sevilən müğənnidir. Amma son oxuduğu mahnıdan başa düşdüm ki, gündəm arxasıyca gedib. İnanmıram ki, 70 yaşındakı kişi otursun buna qulaq assın. Mahnını bəyənmədim, sevmirəm".

N.Məmmədov Nadir Qafarzadənin mahnısını təhlükəli adlandıraraq doqquzuncu edib:

"İllərin sənətçisidir, mənim "Sildim" mahnımı ifa edib. "Özümü asardım" mahnısı təhlükəlidir. Buna qulaq asan gənclər nə düşünərlər? 

Səkkizinci pillədə Zülfiyyə Xanbabayevanı görürəm. Onu, sənətini çox sevirəm. "Çarəsizəm" mahnısını avtomobilimdə dinləmərəm. Baxmayaraq ki, xanımım bəstəni çox bəyənir".

Nazim qeyri-peşəkar adlandırdığı Miri Yusifi yeddinci yerə layiq görüb: 

"İnsanlar Miri Yusifi çox sevirlər. Bir ifaçı nə konservatoriyanı bitirib, nə musiqi təhsili var. Peşəkar deyil.

Tünzalə Ağayeva zövqlü müğənni, peşəkar bəstəkardır. Amma illər əvvəl yazdığı mahnıları dinləyirdim. Hazırda janr dəyişikliyi edib. Onu altıncı edirəm".

İfaçı Rəqsanə və Adil Karacanın duetindən söz açıb:

"Zamanında bu mahnı İlhamə Quliyeva və Rəşad İlyasovun ifasında öz sözünü dedi. Rəqsanə qəşəng oxuyub, görünür, İlhamə Quliyevanın sənətini yaxşı bilir. Bəstəni özününküləşdirib. Onları beşinci edirəm. 
Xatirə İslamın "Sənsizləmişəm" mahnısını bir vaxtlar hər yerdə hamı dinləyirdi. İndi də ona qulaq asıram. Ona görə də dördüncü yerə layiq görürəm. 

Azəri Günel Zeynalovanın yeni mahnısını bərabər yazmışdıq. Hansısa bir notda əməyim olub, sevərək dinləyirəm, üçüncü yerdə qərarlaşdırıram".

Nazim Elçin Cəfərovun "İlk və son" mahnısını ikinci edib:

"Çox gözəl və pozitiv mahnıdır. Elçin mənim dostumdur. Sevgi mövzusu olan hər yerdə səslənə biləcək mahnıdır. Həftənin birincisi isə Natavan Həbibi olsun. Onu bir sənətkar kimi bəyənirəm. Həftənin hit mahnısı "Zaman adlı qatar" olsun".

N.Məmmədov Eldar Qasımovu siyahıdan uzaqlaşdırıb və onun mahnılarının hit olmayacağını iddia edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Miri Yusifi qeyri-peşəkar adlandırdı, Eldarı uzaqlaşdırdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.