Şou-biznes

"Allahdan qorxun, atacaqsınızsa, dünyaya gətirməyin..."

4 İyun 2016 15:33
6 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə uşaq yaşlarında gördüyü çətin günlərdən danışıb. 

Milli.Az big.az-a istinadən xəbər verir ki, müğənni "Starlife" verilişinə uşaq vaxtı çox kasıb günlər yaşadığını bildirib:

"Həmişə gözümüz qapıda olardı, təzə libas istəyərdik. Təzə çıxan bir neməti dadmaq istəyərdik. Siz inanırsınız ki, mənim heç uşaqlım şəklim də yoxdur? Məktəb illərində gəlirdim şəkil çəkdirməyə, şəklin biri də səhv etmirəmsə, o vaxtki pulla 50 qəpik idi... Biz də 7 uşaq idik... Anam deyirdi ki, hər uşağa o qədər pul versəm, görün nə qədər pul edir. Ondansa ərzaq alıb uşaqlarıma yedirdərəm. Ona görə də gözümüz yaşlı qalırdı. O günləri biz yaşamışıq".

Kimsəsiz uşaqlar evinə atılanlardan ürək ağrısı ilə danışan müğənni valideynlərə üzünü tutub:

"Biz kimsəsiz uşaqlar üçün nələr də etsək, onların ata-anaya ehtiyacı var. Ata-analar məni eşidirlərsə, insafa gəlin. Allahdan qorxun, uşaqlarınızı kimsəsizlər yurduna atmayın. Uşağı saxlaya bilməyəcəksinizsə, onu dünyaya gətirməyin. Uşağı dünyaya gətirib çölə atmaq ən böyük günahdır. Düzdür, dövlət himayəsinə götürür bu uşaqları, amma ata-ana başqa şeydir. Allah sizin ürəyinizə insaf versin".

Maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.