Şou-biznes

Tünzalə Ağayeva qızı üçün "Son zəng" oxudu - VİDEO

4 İyun 2016 14:47
2 Şərh     Baxış: 5 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Tünzalə Ağayeva növbəti mahnısını qızı Fidana həsr edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni 16 il əvvəl oxuduğu "Son zəng" bəstəsini yeni aranjmanda səsləndirib. 

Mahnını studiyada oxuyarkən qızı Fidanla çəkdirdiyi fotonu paylaşan T.Ağayeva bunları vurğulayıb:

"16 ildən sonra "Son zəng" mahnım yeni aranjmanla... Bütün məzunları sevindirəcəyik. Yəqin, bu mahnımı yeni nəfəslə səsləndirmək üçün Fidanımın son zəngini gözləyirdim. Bütün məktəblilər və məzunlar üçün oxudum".

Bəstənin sözləri Əbülfəz İslama, musiqisi T.Ağayevanın özünə, aranjmanı isə  Anar Yusifov və Emin Kərimiyə məxsusdur.

Maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tünzalə Ağayeva qızı üçün

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.