Şou-biznes

Xumar: "Mən hələ fors edirəm"

3 İyun 2016 14:40
9 Şərh     Baxış: 2 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xumar Qədimova "Hər şey daxil" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı hələ də konsert verməməyinin səbəblərini açıqlayıb.  

X.Qədimova bildirib ki, təşkilatçılardan çoxlu təklif alır:

"Türkiyədə möhtəşəm konsert verdim. O qədər gözəl oldu ki... Ona görə rahatlaşdım, illəri doldurdum. İnşallah, yaxın günlərdə yenidən konsert olar. İstəsəm, bu gün elə konsertlərdən çox edərəm. Sadəcə, bir az kaprizlərim var, həm də bacım istəmir. Təşkilatçılar zəng vururlar ki, "Xumar xanım, heç nə etməyəcəksiniz, bir mikrofon gotürüb oxuyacaqsınız. Necə səhnə istəyirsinizsə, deyin, edəcəyik". Mən hələ fors edirəm (gülür)".

Müğənni bir neçə gün konsert etməyin əleyhinə olduğunu söyləyib: 

"Mən ancaq bir gün konsert verəcəm. İkinci gün olmaz. O məsələdə də eqoistəm. Tamaşaçılar bir az "ac" qalsınlar. Konsert məsələsində çox tələbkaram. Təşkilatçıya həvalə etsəm də, işin üstündə özüm duracam".

Maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.