Şou-biznes

Xuraman kirayə ev axtarır

3 İyun 2016 14:21
17 Şərh     Baxış: 7 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xuraman Şuşalı yeni evə köçür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən ifaçı kirayə ev axtardığını deyib:

"Hazırda bina evində yaşayıram. Uşaqlarım hər dəqiqə həyətə düşə bilmirlər. Ona görə də bağ evi kirayə tutmağı düşünürəm. İstəyirəm, həyətdə çox olsunlar, hava alsınlar. Hazırda yaşadığm evi satıb, bağ da ala bilmərəm. Çünki ev elə bir gündədir ki, gərək başdan-ayağa təmir edilə. Övladlarıma sərbəstlik verməyi xoşlayıram. Onlar da divar kağızlarını cırıb, yazıblar".

X.Şuşalı mənzilinə kamera qoşduracağını bildirib:

"Üç uşağı saxlamaq asan deyil. Onları dayəyə etibar edə bilmirəm. Ona görə də evimin hər yerinə kamera qoşduracam. Yaxın günlərdə Nabrana gedəcəm, yayda Bakıda qalmağı düşünmürəm. Payızda qayıdanda isə, uşaqları dayəyə həvalə edəcəm".

Maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.