Şou-biznes

Təranə: "16 min ziyana düşdüm" - FOTO

3 İyun 2016 14:12
5 Şərh     Baxış: 2 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"24 min manata aldığım avtomobilə 40 min manat ödəmişəm. Dolların məzənnəsinin yüksəlməsi məni 16 min ziyana saldı". 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında prodüser Təranə Səmədova deyib. 

O, indiyədək banka kredit ödədiyini bildirib: 

"Kreditim dollarla olduğu üçün ziyana düşdüm. Hələ də pulu axıra kimi ödəyib başa çatdırmamışam". 

Bir müddət əvvəl avtomobil qəzası keçirən Təranə ona dəyən ziyanı açıqlayıb:

"Digər maşının xərcini özüm ödədim. 2 min manata başa gəldi. Öz avtomobilimə isə on min xərc çəkmişəm. Hələ də hazır deyil". 

Maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.