Şou-biznes

Dilarə: "Mən uzun geyinmişdim, tənqid etdilər"

3 İyun 2016 11:44
1 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014-cü ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova mahnılarını əcnəbi dildə ifa etməsinin səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Azərbaycan dilində özünə uyğun bəstə tapmadığını bildirib: 

"Xalq mahnılarımızı sevirəm. Üslubuma yaxın mahnılar axtarıram. Amma öz dilimizdə belə mahnı bəstələyənlər azdır. Həm də məncə, sənətçinin bir siması olmalıdır".

D.Kazımova builki "Eurovision" təmsilçimiz Səmra Rəhimlinin geyiminə də münasibət bildirib:

"Səmra yaxşı çıxış etdi, amma daha çox geyimləri müzakirə olundu. Hər insan öz üslubunu seçir. Mən uzun libas geyinmişdim, tənqidə məruz qaldım. İndi də onun qısa geyiminə söz atdılar. Libas ikinci plandadır, əsas iştirakçının çıxışıdır".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.