Şou-biznes

Aparıcıya Lider TV-də vəzifə verildi

2 İyun 2016 22:34
9 Şərh     Baxış: 8 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lider TV-nin aparıcısı Lamiyə Ələkbərqızına 10 ildir çalışdığı media şirkətdə vəzifə verilib.

Milli.Az primetime.az-a istinadən bildirir ki, o, telekanalın icraçı direktorun birinci müavini təyin olunub.

Lamiyə Ələkbərqızı bildirib ki, sentyabrda Lider TV-də aparıcılıq etməyinin tam 10 ili tamam olacaq:

"Rəhbərliyimizin mənə göstərdiyi bu etimad, üzərimdə hiss etdiyim məsuliyyəti daha da artırır. İlk olaraq sizinlə bölüşdüyüm bu xoş hadisəni heç bir sözlə izah edə bilmərəm. Telekanallar arasında lider olan efirimizdə tamaşaçı marağına səbəb olacaq layihələrimizi davam etdirəcəyik".

Qeyd edək ki, Lamiyə Ələkbərqızı fəaliyyətə 21 il öncə AzTV-dən başlayıb. 11 il dövlət kanalında çalışan aparıcı, hal-hazırda Lider TV-də həftə içi 5 gün yayımlanan "Həyat tərzi" verilişinin layihə rəhbəri və aparıcısıdır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.