Şou-biznes

Eminin rus gözəllə İçərişəhərdə çəkdirdiyi klipi - VİDEO

2 İyun 2016 15:10
Baxış: 4 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-bəstəkar Emin Ağalarov bir neçə həftə əvvəl Bakıda klip çəkdirib. 

Axşam.az-ın məlumatına görə, "Ryadom prosnutsya" adlanan mahnının ekran işi İçərişəhərdə lentə alınıb. Rusiyalı model Kristina Qontarın rol aldığı klipin rejissoru Vladimir Bolqov və Velimir Rusakovdur.
 
Emin kliplə bağlı fikirlərini bölüşərək, bunları qeyd edib:

"Mahnı mənim hazırki daxili dünyamı əks etdirir. Bəzi məqamları nəzərə almasaq, pozitiv emosiyalar əks olunub. Mən də ekran işində bu pozitivliyi görmək istəyirdim. 

Klip düşündüyümüz kimi - real, pozitiv və çox gözəl alındı. Əsas mövzunun klassik kişi və qadın tanışlığı olmasına baxmayaraq, rejissor onu adi göstərməməyə çalışıb. 

Çox vaxt çəkilişlər mənim üçün çətin olur. Bu dəfə isə hər şey birdəfəyə edildi. Klipə çəkilməkdən xoşum gəldi. Çünki heç bir rola girmək məcburiyyətində qalmadım. Özüm oldum və hər şeydən zövq aldım. Kristinaya təşəkkür edirəm, rolunun öhdəsindən uğurla gəldi. Biz onunla ilk dəfə çəkiliş meydançasında görüşdük. Buna baxmayaraq, hər şey təbii alındı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.