Şou-biznes

Əməkdar artist: "Özümü Füzulinin qızı hesab edirəm"

2 İyun 2016 13:31
4 Şərh     Baxış: 2 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova filologiya üzrə fəlsəfə doktoru namizədlik dissertasiyasını müdafiə edib.

Axşam.az-ın məlumatına görə, müğənni ANS TV-yə açıqlamasında bunun üçün uzun vaxt sərf etdiyini bildirib:

"8 il ərzində çəkdiyim bütün əziyyətlərə dəyəcək şərəfli yol idi. Müdafiə ərəfəsində çox oxudum və daxilən o qədər zənginləşdim ki... Elm nurdur və işıqdır. Bunu musiqiyə qarışdırmaq istəmirəm.

Amma dərinə getsək, bu işin bir qolu musiqiyə gəlib çıxır. Mənim ifa etdiyim "Leyli və Məcnun" operası Füzulinin "Leyli və Məcnun" və "Divan" əsərlərindən götürülmüşdü. Həmişə deyirəm ki, mən özümü də Füzulinin mənəvi qızı hesab edirəm. Leylini oynamamışam, onu yaşamışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.