Şou-biznes

Rusiyalı aparıcı-şoumen Bakı barədə nələr dedi? - VİDEO

2 İyun 2016 11:35
0 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı aparıcı, şoumen Artur Svetkov "Moskva-Baku" saytına Azərbaycanla bağlı açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, Arçi ləqəbli aparıcı paytaxtımıza səfərini xatırlayıb və Bakıya heyran qaldığını vurğulayıb. 

O bildirib ki, Bakıda iki dəfə olub: 

"Hər iki səfərim möhtəşəm keçib. Bakıda hər şey var: qədim binalar, möhtəşəm memarlıq işləri, mehriban insanlar və dadlı təamlarla bol olan restoranlar. Yeməkləri də ağılla seçmək lazımdır. Mən dəbdəbəli restoranlardan çox, ev xörəklərinin hazırlandığı yerlərə üstünlük verdim.

Şəhərin elə bir enerjisi var ki, səni yenidən oraya getməyə çəkir. Bakıda olarkən mütləq Azərbaycanın simvolu olan İçərişəhəri gəzin. Bu şəhərdə hər insan öz zövqünə uyğun əyləncə tapacaq. Bakıda həm alış-veriş edə, həm muzeyləri gəzə, həm də dənizə gedə bilərsiniz".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyalı aparıcı-şoumen Bakı barədə nələr dedi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.