Şou-biznes

Maralın həbsdəki kadrları niyə yayımlanmadı? - YENİLƏNİB - VİDEO

1 İyun 2016 16:56
14 Şərh     Baxış: 6 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:56

Ötən gün mediada Xəzər TV-nin "Rezonans" verilişinin yeni buraxılışında hazırda həbsdən olan müğənni Maralı Tahirqızının görüntüləri yer almışdı.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, anonsda verilişin mayın 31-də yayımlanacağı bildirilirdi. Məlum olub ki, proqram dünən yayımlansa da, M.Tahirqızının iştirak etdiyi hissələr verilişdən çıxarılıb.

"Qafqazinfo" məsələyə aydınlıq gətirmək üçün verilişin layihə rəhbəri Mübariz Əsgərovla əlaqə saxlayıb. M.Əsgərov bunun texniki məsələ olduğunu vurğulayıb: "Bizə xəbər gəldi ki, həbsxanada Maral xanımın iştirakı ilə tədbir keçirilir, onu da çəkib verilişə əlavə etsək, daha yaxşı olar. Anonsda qeyd edilib ki, növbəti proqramlarda o olacaq. İndi Maral Tahirqızı böyük şəxsiyyətdir, hamı onu tanıyır, efirə elə-belə vermək yaxşı olmazdı. Pərəstişkarları çoxdur, hamı zəng edib soruşur.

Yaxın günlərdə onun iştirakı ilə olan veriliş efirə gedəcək. Heç bir problem yoxdur".

Qeyd edək ki, M. Tahirqızı ötən il Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

----------

16:30

Uzun zamandır "Xəzər" telekanalı hazırda həbs həyatı yaşayan insanlarla bağlı veriliş hazırlayır.

Həmin verilişdə sıravi məhbuslarla yanaşı, həbsdə olan tanınmış şəxslərin də çəkilişi aparılır, onların fikirlərinə yer verilir.

Axşam.az-ın məlumatına görə, "Rezonans" verilişinin son anonsunda bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək, həbs olunan müğənni Maral Tahirqızı da yer alıb.

Lakin dünən efirə gedən verilişdə onunla bağlı hissəyə rast gəlinməyib. Əldə etdiyimiz məlumata görə, M.Tahirqızının görüntüləri son anda çıxarılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.