Şou-biznes

"DiKaprio məndən əskik oğlandır?" - FOTO

1 İyun 2016 16:28
6 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 kiloqram arıqlamışam, paltarlarım əynimə böyüyüb. Xaricə gedib, alış-veriş edəcəm. Bahalı geyinmirəm, amma geyimlərimi zövqlə seçirəm.

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

O, əynindəkilərinin qiymətini açıqlayıb:

"Ayaqqabım 100, köynəyim 70, şalvarım 60 manatdır. Kəmərim hədiyyədir, amma bahalıdır. Qolbağım qızıldır, saatım da brenddir. Əynimdə olan hər şeyin ümumi qiyməti min manatdır".

"Maserati" markalı avtomobil idarə edən N.Qafarzadə bundan sonra bahalı maşın almayacağını deyib:

"Ağlım olmayıb, maşınlara pul tökmüşəm. Dəmirə də pul verərlər? Daha ağıllanmışam. Bu yaxınlarda öyrəndim ki, Leonardo DiKaprio 20 min dollarlıq maşın sürür. Məndən əskik oğlandır? Sadəcə, ağıllıdır, pulunu belə şeyə xərcləmir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.