Şou-biznes

"Efirə ona görə tez qayıtdım ki..." - FOTO

31 May 2016 16:22
9 Şərh     Baxış: 4 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Samirə Rəhimova yeni fotosessiya etdirib.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən aparıcı "İncə şarm" adlı verilişlə "Xəzər" telekanalında efirə çıxacaq. 

S.Rəhimova yeni görünüşü və layihəsi haqda danışıb. O, payız mövsümündə tamaşaçıların qarşısına tam fərqli formada çıxacağını da deyib:

"Hələ yenilik bununla bitmir. Payızda tamaşaçılara tam fərqli formatda veriliş təqdim edəcəm. Maraqlı rubrikalar olacaq. Bu fotosessiyanı da "İncə şarm" verilişi üçün etdirmişəm".

S.Rəhimova ana olduqdan sonra qısa zamanda artıq çəkidən xilas olduğunu da bildirib:

"Hamiləlik vaxtında çox çəki almamışdım. Ona görə də aldığım az miqdarda artıq çəkidən xilas olmaq üçün çox çalışmadım. Çəkim qısa zamanda öz-özünə getdi, elə buna görə də efirə tez qayıdıram. Həm yayda iştah olmur. Rasionumda yalnız salatlar, yüngül yeməklər var. Tək problemim odur ki, şirniyyatsız qala bilmirəm. Hər gün ən azı şokolad yeyirəm".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.