Şou-biznes

Oksana qayıtdı: “Kaş təkəbbürlü olaydım” - FOTO

30 May 2016 10:09
16 Şərh     Baxış: 3 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistandan yeni qayıdan rəqqasə Oksana Rəsulova pərəstişkarları ilə görüşüb. 

Bol-bol foto çəkdirib avtoqraf paylayan rəqqasənin görüşünə fanatları ilə yanaşı tələbələri və media nümayəndələri gəlib. 


 
Təəssüratlarını musavat.com ilə bölüşən rəqqasə bildirib ki, Azərbaycan üçün çox darıxıb: "Hindistandan yeni qayıtmışam, vətənim üçün çox darıxmışam. Orada olanda pərəstişkarlarım tez-tez mənimlə maraqlanırdı. Onlar məni sevir və dəyər verirlər. Mən də onlara qarşı eyni hisləri bəsləyirəm. Ona görə, vətənə qayıdan kimi görüşmək qərarına gəldim. Mən fanatlarımla 2-3 ay fasilələrlə bir yerə toplaşırıq, söhbət edib foto çəkdiririk. İnsanlarla ünsiyyətdə olmağı sevirəm, təkəbbürlü insan deyiləm. Hərdən fikirləşirəm ki, kaş, təkəbbürlü olaydım. Bəlkə o zaman hər şey fərqli olardı. Amma mən elə şeyləri bacarmıram. İnsanlara xoş niyyətlə, sevgi ilə yanaşıram. əvəzini də artıqlaması ilə görürəm, bu mənə hər şeydən vacibdir".
 
Oksana vaxt azlığından da şikayət edib: "Hindistanda yeni filmin hazırlıqları başlayıb. Çox gözəl obrazım var.
 
Hazırda digər işlər görüldüyü üçün bizə bir aylıq icazə veriblər. Mən də Azərbaycana gəldim. Lakin bütün günü çəkilişdəyəm. Vaxt çatdırmıram".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.