Şou-biznes

Səbinə: "Övladımı dayəyə etibar etmirəm" - FOTO

27 May 2016 14:03
10 Şərh     Baxış: 2 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xüsusi pəhrizim yoxdur. Övladımın dünyaya gəlməsindən 4 ay keçib. Öz-özümə çəki atmışam. Dadlı yeməklər bişirməyi sevirəm, onları ləzzətlə də yeyirəm".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Səbinə Babayeva deyib. İfaçı övladını dayəyə etibar etməməsindən danışıb:

"Uşağı saxlamaqda anam kömək edir. Hamı soruşur ki, necə çatdırırsan? Elə olur ki, iki-üç gün dalbadal çəkilişə gedirəm. Amma evə gələn kimi oğlumla vaxt keçirməyə başlayıram, parka aparıram. Çalışıram ki, həmişə onun yanında olum. Dayəyə etibar etmirəm, çox balacadır. Həyat yoldaşım, mən və anam bəs edirik".

S.Babayeva bəstəkarlıq fəaliyyətindən söz açıb:

"Özümə böyük bəstəkar demirəm. Sadəcə, nəsə yazıram, maraqlı alınır. Hazırda Faiq Ağayev bir mahnımı oxuyacaq. Növbəti mahnımı isə Natavan Həbibiyə verməyi düşünürəm. Onun ifasını sevirəm. Təqdim edəcəm, bəyənsə, oxuyar".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.