Şou-biznes

Pərvin Abıyeva: “Modellərdən yaxşı gəzirəm” - FOTO

26 May 2016 23:57
15 Şərh     Baxış: 5 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan moda həftəsi böyük uğurla davam edir.
 
"Azerbaijan Fashion Week" Nyu-York, London, Paris və Milanda keçirilən moda həftələri standartlarına cavab verən ilk irimiqyaslı dəb layihəsidir.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan moda həftəsinin 3-cü günündə azərbaycanlı dizayner Fidan Osmanın yeni kolleksiyası nümayiş olunub. Podiuma "Miss Azərbaycan 2012" Aysel Manafova, "Miss Azərbaycan 2014" Cavidan Qurbanova, fashion bloqer Günel İsmayıllı, aktrisa Pərvin Abiyeva, "Vitse-Miss Ukrayna 2015" Fəridə İbrahimova və başqa gözəllər çıxıb.
 
Özünü ilk dəfə model kimi sınayan aktrisa Pərvin Abıyeva bizimlə təəssüratlarını bölüşüb. O, modellik peşəsinin çətin olmadığını söyləyib: "Fidan Osman yaxın rəfiqəmdir. Dəfilədə iştirak etməyimi xahiş edəndə dərhal razılaşdım. İlk dəfədir ki, podiuma çıxıram, bir qədər həyəcanlıyam, amma çətin deyil. Podiumda gəzmək çox asandır. Hətta deyərdim bir çox modellərdən daha bacarıqlıyam. Lakin gələcəkdə modelliklə məşğul olmağı düşünmürəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.