Şou-biznes

Toppuş bacı: "Allah hər bir kəsə ev nəsib etsin"

26 May 2016 14:25
24 Şərh     Baxış: 7 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir kirayədə yaşayan Toppuş bacı təzə evindən danışıb. 

Ana olmağa hazırlaşan əməkdar artist Tünzalə Əliyeva özünə ilkin ödənişsiz ev aldıqdan sonra sevincini gizlədə bilmir.

Milli.Az big.az-a istinadən xəbər verir ki, illərlə kirayədə yaşayan T.Əliyeva ev almaq münsibətilə onu təbrik edənlərə üzünü tutub.

"Allah hər birinizdən razı olsun. Allah hər bir kəsə ev nəsib etsin", - deyən sənətçi övladını yeni evində böyüyüb boya-başa çatdıracağı üçün çox xoşbəxtdir.

Xatırladaq ki, ATV kanalının "Bizimləsən" verilişində qonaq olan aktrisaya ilkin ödənişsiz ev almaq şansı verilib. Teleaparıcı Zaur Baxşəliyev Tünzalə Əliyevanın dilə gətirib deyə bilmədiklərini söyləyib:

"Tikinti şirkəti bu güzəştlə savab qazanmış oldu. Tünzalənin çəkdiyi əziyyəti görmüşəm. O, tək ailəsini deyil, bir nəsli dolandırır. İnşallah, körpəsini yeni mənzilində böyüdəcək".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.