Şou-biznes

Dilarə boşanma xəbərindən danışdı: "Bu, mənim üçün vacib deyil" - FOTO

25 May 2016 23:54
14 Şərh     Baxış: 11 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın "Eurovision -2014" mahnı müsabiqəsinin təmsilçisi Dilarə Kazımova boşanma xəbərinə münasibət bildirib.

Milli.Az bildirir ki, müğənni "qafqazinfo"ya açıqlamasında bildirib ki, şəxsi həyatının müzakirə olunmağını istəmir:

"Şəxsi həyatımın müzakirə olunmağını istəmirdim, hazırda da istəmirəm. Bu barədə çox danışmaq istəmirəm. Şəxsi həyatım qoy şəxsi həyatımda qalsın. Mən heç vaxt bu barədə danışmamışam. Qoy cavab verməməyim insanların beynində şübhə yaratsın. Mənim üçün bu vacib deyil. Özümü həmişə sənət və musiqiyə vermişəm. Qoy insanlar mənim ifa etdiyim mahnıları düşünsün. İstərdim ki, hər kəs sənətimlə maraqlansın. İnsanlar var ki, şəxsi həyatı haqda danışmaq istəmir. Mən də belə insanlardanam".

Xatırladaq ki, "qafqazinfo" müğənninin boşanmağı barədə xəbər yaymışdı. Xəbərdə Mərt Aslan adlı türkiyəli iş adamı ilə evlənin müğənni bir müddətdir ki, həyat yoldaşı ilə münasibətlərinə son qoyduğu qeyd olunmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.