Şou-biznes

Ana olan Samirə "Şarm"la geri qayıdır

25 May 2016 23:03
5 Şərh     Baxış: 4 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Samirə Rəhimova analıq məzuniyyətindən geri qayıdıb. 

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən aparıcı "Xəzər" telekanalında efirə çıxacağını bildirib. 

O, "İncə şarm" adlı veriliş aparacağından xəbər verib:

"Analıq məzuniyyətinə getdikdən sonra "İncilər" verilişi Könül Muxtarovaya həvalə olunmuşdu. Hazırda bu verilişin yayımı dayandırılır, Könül isə yeni layihəyə keçir. Mən də eyni prodakşının tərkibində "İncə şarm" adlı proqramla efirə qayıdıram. Format "İncilər"də olduğu kimidir. Əslində çoxdan "Şarm" adlı veriliş təqdim etməyi planlaşdırırdım. Bunu isə payız mövsümündə etmək istəyirdim. Elə alındı ki, indi təqdim etməli oldum. Amma sentyabrdan verilişdə format dəyişikliyi ediləcək".

Qeyd edək ki, S.Rəhimova neçə il əvvəl ATV-də yayımlanan "Şarm" verilişinin müəllifi və aparıcısı olub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.