Şou-biznes

Rəqsanənin dar, dekolteli, qırmızı ad günü libası - FOTO

25 May 2016 12:06
21 Şərh     Baxış: 5 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün müğənni Rəqsanə İsmayılovanın ad günüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 37 yaşı tamam olan ifaçı özəl gününü yaxınları ilə birlikdə bağda keçirəcək. 

Ad günü ərəfəsində R.İsmayılova yeni fotosessiya etdirib. Moskvada lentə alınan şəkillərdə Rəqsanənin imici üzərində əcnəbi stilistlər çalışıblar. Onun geyimlərinin müəllifi isə modelyer qızı Aysundur. 

Qeyd edək ki, R.İsmayılova 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayıb. İfaçılığa Rusiyanın Moskva şəhərində başlayan Rəqsanə, daha sonra vətənə qayıdaraq sənətini Bakıda davam etdirib. "Bivəfa", "O bilər, mən bilərəm", "Mən səni görmək istəsəm, hara gəlim?", "Yuxumda", "Payız" kimi mahnılar səsləndirib. 

Rusiyada layihələr edən müğənni daha sonra qardaş ölkə Türkiyənin şou-biznesinə qatılıb. Türkiyənin tanınmış rejissoru Teoman Topçu ilə işbirliyi quran Rəqsanənin klipində "biscolata erkeyi" kimi tanınan ispan aktyor və model Karlos Martin rol alıb.

R.İsmayılova "Şəfa" stadionu və "Yaşıl teatr"da konsertlər verib. Sənətçi ATV kanalında yayımlanan "Göz önündə" verilişinin müəllifi və aparıcısı olub. 

Ailəlidir, Aysun və Yağmur adlı 2 qız övladı var.

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.