Şou-biznes

Aygün Kazımova həmin gecəyə hazırlaşır - FOTO

24 May 2016 16:18
Baxış: 2 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daima konsertində göstərdiyi performansı, səhnə şousu və musiqiləri ilə sevənlərini ətrafına toplamağı bacaran xalq artisti Aygün Kazımova növbəti konsertinə hazırlaşır.

Milli.Az xəbər verir ki, ən yeni və sevilən mahnıları ilə səhnədə yeni şoular göstərməyə hazırlaşan xalq artisti iyunun 18-də Nabranın "El Faro İstirahət Mərkəzi"də çıxış edəcək.

Saat 21:00-da başlayacaq konsertin hazırlıq işlərinə artıq start verilib. Xalq artistini səhnədə 10 peşəkar rəqqas müşayiət edəcək. Yayın ən möhtəşəm gecəsində səhərə qədər Dj Roşka sizlərlə birlikdə olacaq.

Qeyd edək ki, konsertə biletin qiyməti 55 AZN, (yemək servisi daxil) 105 AZN-dir.

Əlaqə nömrələri: (+994) 12 598 87 87, (+994) 50 486 87 77

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.