Şou-biznes

Azərbaycanlı müğənni bəstəkar xanımından boşanıb

23 May 2016 18:15
25 Şərh     Baxış: 24 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Cavid Hüseyn bəstəkar həyat yoldaşı Sevinc Ağasıyeva ilə ayrılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda "Qonaq gəl bizə" verilişində danışıb. O, boşanmağı xanımının istədiyini bildirib:

"Sevinc xanımla 8 aydır rəsmi şəkildə boşanmışıq. İki övladım var, onlarla görüşürəm. Böyük bir səbəbimiz olmayıb. Həyat yoldaşım boşanmaq istədiyini dedi. Maddi problemlərim yarandı. Bir də mən qısqancam. Sevdiyimi başqası ilə paylaşa bilmərəm. Günahım bu olub. 51 yaşım var, biznes qura bilmirəm. Neçə dəfə cəhd etdim, pul itirdim. 

Gənc yaşlarımda imkanım yaxşı olub, son günlər düşdüm. İndi pis oluram ki, ailəm qarşısında sındım. 
Qızımın 17 yaşı var, bu il məktəbi bitirir. Türkiyədə universitetə daxil olacaq".

C.Hüseyn ikinci dəfə evlənməyi düşünmədiyini söyləyib: 

"Mənim övladlarım var, yaşım da keçib. Bir dəfə sevmişəm, həsrətlə yaşamışam. İkinci dəfə ailə qurmayacam".

Qeyd edək ki, Sevinc Ağasıyeva məşhur "Əziz müəllimim" mahnısının müəllifidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.