Şou-biznes

Zülfiyyə incikdir: "Bir qadının kişiyə əl verməsi, qarşı tərəfin əlini çəkməsi düz deyil"

23 May 2016 19:02
11 Şərh     Baxış: 4 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cəsarətliliyimi mahnılarımda, kliplərimdə, fotosessiyalarımda göstərirəm. Adını səmimi qoyub, efirdə ağzıma gələni danışmaq istəmirəm. Mənim də qadağalarım var. Bunu mənə nə valideynlərim, nə də həyat yoldaşım qoyub".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva "V element" verilişində deyib. Müğənni şou-biznesin hazırkı vəziyyətindən şikayətlənib: 

"Estradamız böhran keçirir. Əvvəl düzələcəyinə ümidim var idi, indi yox. İstedadlı gənclərimiz var, amma hamısı pul qazanmağa qaçır. Pul da konsertdə, albomda deyil, el şənliyindədir".

Z.Xanbabayeva küsülü olduğu həmkarı Faiq Ağayevdən danışaraq, onu qeyri-səmimi adlandırıb. İfaçı aparıcıların "Faiq Ağayev verilişimizdə qonaq olanda dedi ki, sizin sənətinizi sevir" sözlərinə belə cavab verib:

"Mənim bir nəfərlə qalmaqalım olub -  Faiq Ağayevlə. Sizin verilişə baxdım, xoş olmadı. Mənə səmimi gəlmədi. Sonda soruşdunuz ki, "əl verdi, əlinizi çəkdiniz". Deyir, səmimiyyətsiz insanlara əl uzatmıram. Bir qadının kişiyə əl verməsi, qarşı tərəfin əlini çəkməsi düz deyil. Bəzi şeylər bağışlanmazdır. Şərəfimə, ləyaqətimə toxunanı bağışlamaram. Sonda səmimiyyətdən söz açdı. Hansı səmimiyyətdən danışır? Həyatda başqa, efirdə başqadır".

Z.Xanbabayeva "Siz verilişlərin birində ona əl uzatdınız, geri çevirdi. Onu efir xatirinə etmişdiniz?" sualına səmimi etiraf edib: 

"Bəli, mən ona efir xatirinə əl uzatmışdım. Amma mən onun olduğu həmin yerə çox pozitiv gəlmişdim. Həmin an özümü itirdim, pərt oldum. Sizin verilişinizdə yalnız həmin əl uzatmadan danışdı. Niyə ondan əvvəl baş tutan böyük qalmaqalı yada salmadı? 

Mən heç vaxt onun sənətini dinləməmişəm, dinləmirəm də".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.