Şou-biznes

Xoşqədəm əkizləri ilə ilk dəfə kamera qarşısına keçdi - VİDEO

23 May 2016 16:59
9 Şərh     Baxış: 7 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telejurnalist  Xoşqədəm Hidayətqızının türkiyəli həyat yoldaşı, müğənni Doğuş "Söyləməzsəm olmaz" verilişində qonaq olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ifaçı yeni doğulan əkizlərindən birinin adının Arda Aslan, digərinin isə Arın Aras olduğunu deyib.

Əkizləri ilə ilk dəfə kamera qarşısına keçən Xoşqədəm Hidayətqızı, Arının bir neçə gün küvəzdə saxlandığını və buna görə günlərlə ağladığını deyib:

"Bir qadın, ətrafımda isə 4 kişi var. Ona görə də Doğuş da, mən də əkizlərdən birinin qız olmasını arzulayırdıq. Buna görə yenə ana olmaq istəyirəm. Mən şanslı anayam, evdə məni 4 kişi qoruyacaq. Həm də Azərbaycan və Türkiyə üçün əsgər böyüdürəm.

Arın doğulanda bir neçə gün küvəzdə qaldı. Hər gün ağlayırdım. Arın küvəzdə olanda, eyni zamanda hamiləlik dövründə də dua edirdim ki, Allah bütün övlad istəyənlərə övlad nəsib etsin.

Həmişə 58 kiloqram olmuşam. Hamiləlik dövründə 24 kiloqram kökəldim, depressiyaya düşdüm. Ekran insanı daha da kök göstərir. Bunu aparıcılar yaxşı bilirlər. Doğuşdan sonra 17 kiloqram çəki atdım. Hələ də pəhriz davam edir".

Həmin kadrlara 1.22-ci dəqiqədən baxa bilərsiniz:

Milli.Az


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.