Şou-biznes

Gülay bu müğənni ilə küsülü imiş - FOTO

11 May 2016 15:01
5 Şərh     Baxış: 5 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynallı küsülü olduğu həmkarlarından danışıb. 

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən ifaçı Eldəniz Məmmədovla yeni barışdıqlarını bildirib:

"Adımın qalmaqalda hallanmasını sevmirəm. Kimdənsə küsəndə onu gündəmə gətirmirəm. Heç kim bilmir ki, mən Eldənizlə küsülü idim. Bu yaxınlarda isə barışdıq. Allah insana dil, düşüncə, göz verib. Sözümüz kiminsə boğazından keçməyə bilər. Ona görə də hər problemi danışıb yoluna qoymaq lazımdır, danışıb yoluna qoyduq".

G.Zeynallı bir vaxtlar əkiz bacılar Sevil və Sevincdən küsməsi ilə bağlı sualları da cavablandırıb:

"Arada küsülülüyüm olmuşdu. Amma indi münasibətlərimiz yaxşıdır. Mən yekəxana insan deyiləm, elələrini də sevmirəm. Danışmadığım insana belə yaxınlaşıb, salam verirəm. İnsanlara hörmətlə yanaşıram və hamıdan da eyni hərəkəti gözləyirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.