Şou-biznes

"Onlara baxanda Səmra daha yaxşı idi"

11 May 2016 14:27
8 Şərh     Baxış: 3 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2016" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səmra Rəhimlinin geyimi, oxuduğu "Miracle" mahnısı neçə gündür sosial şəbəkədə müzakirə obyektinə çevrilib. Kimi müğənninin mahnısında muğamdan istifadə etmədiyini, kimi çarxda milli adət-ənənələri əks etdirən amillərin yer almadığını qınayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən müğənni-bəstəkar Murad Arif Səmra ilə bağlı fikirlərini bölüşüb. İfaçı təmsilçimizin çıxışını bəyəndiyini bildirib:

"Gözəl Səmramızın mahnısı qəşəng idi. Həm də bizim qız səhnədə sanki daha da canlandı və şəxsən mənə maraqlı gəldi. İstəsək, onluğa da düşə bilərik. Dilarə Kazımova ("Start a fire"), Elnur Hüseynov ("Hour of the wolf"), Eldar Qasımov və Nigar Camalın ("Runninng scared") nömrələrinə baxanda Səmranın çıxışı daha parlaq idi. Qalibiyyətə gəldikdə isə... Buna inanmıram".

Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.