Şou-biznes

Xatirə: "Ermənilərin hazırladığı videonu görüb əsəbləşdim"

11 May 2016 10:16
14 Şərh     Baxış: 4 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox istəyərdim ki, Səmra ifasının əvvəlində olan dəniz kənarında və bəzi yerlərdəki görüntülərdə tar-kamanı, milli geyimi və təndir çörəyimizi göstərəydi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Eurovision" təmsilçimiz Səmra Rəhimli ilə bağlı fikirlərini bölüşərkən deyib. O, ifaçının milli adət-ənənələrə az yer verməsindən şikayətlənib:

"Orada samovar çayımızın, xalça-palazımızın və başqa milli adətlərimizin olacağı çarx çəkdirərdi. Çox heyif... Bu işlə məşğul olmaq vacib idi. Mən şəxsən ermənilərin ifadan əvvəlki çarxında yuxa yaymaqlarını görüb, çox əsəbləşdim. Axı niyə biz olanlarımızı gizlədirik? Kimdir buna mane olan? Bəlkə, içimizdə kimlərsə var, yavaş-yavaş bizi içəridən yeyir?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.