Şou-biznes

Elza Seyidcahan nənə olacaq, nəvəsinə ad da seçib - FOTO

10 May 2016 10:58
44 Şərh     Baxış: 15 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan nənə olmağa hazırlaşır.

Milli.Az bildirir ki, bu barədə lent.az-a açıqlamasında E.Seyidcahanın özü məlumat verib. O bildirib ki, qızı Gülşən Seyidcahan hamilədir: "Çox sevinirəm ki, Allahım məni gənc yaşımda ana edib, indi gənc yaşımda da nənə edəcək. Yəqin ki, orta yaşlarımda nəticəmi də görərəm. Qızımın hamiləliyin neçənci ayında olduğunu demək istəmirəm. Bircə onu deyə bilərəm ki, Allahın qisməti ilə yaxın müddətdə nənə olacam. Artıq nəvəmin adını da düşünmüşəm. Nəvəm qız olsa, adı Səmərrux olacaq. Bu ad mənim nənəmin adı olub. Mən ona çox oxşayırdım. Anamın nənəsinin adı mənə nəsib olub, mənim də nənəmin adı nəvəmə qismət olsun. Hər şey qismətdir, bilmək olmaz. Qız olsa, adını mən qoyaram, oğlan olsa, qızımgil özləri nə ad istəsələr, onu da qoyarlar".

Qeyd edək ki, E.Seyidcahanın qızı G.Seyidcahan 2015-ci il avqustun 24-də fotoqraf Elxan Əlisatov adlı bəylə ailə qurub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.