Şou-biznes

İlkin Həsəni nişanlanır - FOTO

6 May 2016 17:59
23 Şərh     Baxış: 7 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən bahalı bileti aldım. Fərdaya görə pulsuz vaxtımda 100 manat xərcə düşdüm. Dostlarımdan öyrəndim, dedilər birinci sırada oturacaqlar. Mən də onlardan ayrı düşməmək üçün bahalı bilet almalı oldum.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı-aktyor İlkin Həsəni deyib. Yumor ustası Fərda Xudaverdiyevin "Selfinaz" şousunu izləməyə gələn aparıcı aktyorun ünvanına təriflər yağdırıb:

"Bundan əvvəl də Fərdanın qapalı bir məkandakı stand-up şousuna qatılmışdım. +18 olduğu üçün ancaq oğlanlar varıydı. O qədər güldürmüşdü ki, gözümdən yaş gəlirdi".

"Axırıncı yol" filmindən danışan İ.Həsəni rekord qırdıqlarını iddia edib: 

"Axırıncı yol" Azərbaycanda əcnəbi, yerli - bütün filmlərdən çox izlənib, rekord qırıb. Bu yaxınlarda izlənmə sayını açıqlayacam. Yeni layihə hazırlayırıq. "Axırıncı yol"u kölgədə qoyacaq film gəlir. Bu yay da istirahət olmayacaq. Bundan sonra çalışacağıq ki, ildə bir yox, iki film təqdim edək".

Şəxsi həyatından bəhs edən İlkin yaxın günlərdə xeyir iş gözlənildiyini deyib: 

"Yaxın günlərdə xeyir iş olacaq. Tezliklə nişan edəcəm".

Qeyd edək ki, İ.Həsəninin elçilik mərasimi martda olmuşdu. O, ATV-də çalışan Aysel adlı xanımla ailə qurmağa hazırlaşır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.