Şou-biznes

Namiq Mənadan Samirəyə: "İstedadı var, amma..."

5 May 2016 13:29
1 Şərh     Baxış: 2 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Namiq Məna uzun illər səhnəyə həsrət qalmasının səbəblərini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "10-dan sonra" verilişində avtomobil qəzası keçirdiyini bildirib:

"Çalışırdım meyxana deyəm, amma alınmırdı. Səhhətim imkan vermirdi. Buna səbəb isə keçirdiyim avtomobil qəzası idi. Maşınımı yandan vurdular, neçə dəfə fırlandı. Özümü dirəyə sıxdım ki, başım dəyməsin. Bu halıma sevinənlər də var idi. Amma baxırdım ki, o sözü deyən adam önəmli deyil. Nadana susmaqla cavab verirlər".

N.Məna xanım meyxanaçılardan danışıb, Samirə Yusifqızıya məsləhət verib:  

"Xanımların meyxana deməsinə pis baxmıram. Sadəcə, bəsitlikdən uzaq olmaq lazımdır. Samirə xanım bu janrın üzərində çalışmır. İstedadı var, üzərində çalışsa, biliyini zənginləşdirə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.