Şou-biznes

"Axtardığım oğlanın gözləri mavi, dərisi ağ olmalıydı" - VİDEO

4 May 2016 19:25
102 Şərh     Baxış: 8 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli "Nəğmə olub gecələr" adlı mahnısına çəkdirdiyi klipinə təqdimat keçirib. 

Axşam.az-ın məlumatına görə, sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Niyaməddin Musayevə məxsus olan bəstənin ekran həlli rejissor Ceyhun Kərimova həvalə olunub. 

Qəbələdə lentə alınan klipdə ifaçının tərəf müqabili Rəşad Kəsəmənli olub. 

Yeni işindən danışan M.İsgəndərli klipin ürəyincə olduğunu bildirib:

"İnsanın nağıl dünyası o qədər zəngin olur ki, həmin dünyadan doymaq mümkün deyil. Onların hamısına çatmaq qeyri-mümkündür. Təbiəti çox sevirəm, bəlkə də təbiət olmasa, yaşaya bilmərəm. Oradan aldığım zövqü heç bir yerdə görmədim. 

Tərəf müqabili seçimini özüm etmişəm. Rejissora əvvəlcə dedim ki, mənim çəkimə uyğun, gözləri mavi, dərisi ağ, daha çox qərblilərə oxşasın. Gördüm ki, Ceyhun Kərimov eyni ilə mən istədiyim adamı tapıb. Amma baxdım ki, çox arıqdı, üfürsən yıxılacaq. Dedim ki, bunu hardan tapmısan? Bunun kökəlməsini gözləsəm, aylar çəkəcək. Birdən ağlıma Füzuli Hüseynov gəldi. Zəng vurdum danışdım, dedi ki, məmnuniyyətlə çəkilərdim, amma Bakıda deyiləm. Sonra yenə götür-qoy elədim, birdən Rəşad Kəsəmənli ağlıma gəldi".

M.isgəndərli ekran işinin 1 il əvvəl çəkildiyini etiraf edib:

"Klip artıq 1 ilə yaxındır çəkilib. Hər dəfə təqdimat etmək istəyəndə, nəsə bir iş qaydasında getmirdi. Bu son baş verən hadisələrə görə də bir gecikdirirdim. Amma baş verən hadisələrdə xalqımızın həmrəylini, birliyini gördüm, bu məni çox sevindirdi. Klipin ssenarisi mənə məxsusdur".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mətanət İsgəndərli

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.