Şou-biznes

"Mən ona 50 min verə bilmərəm"

4 May 2016 16:08
84 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim təşkilatçıların başı batmasın. İstəyirəm gəlib desin ki, bu konsert, çıx dağıt səhnəni. Amma heç biri etmək istəmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında bəstəkar-müğənni Murad Arif deyib. O, solo konsert verməməyinin səbəbini açıqlayıb:

"Bu gün bir konsert üçün 50 min manat xərcləməliyəm. Bunu isə edə bilmərəm. Çünki bu məbləğə mən 5 klip çəkdirərəm".

Müğənni həmkarı Natavan Həbibi üçün yazdığı və uzun müddətdir oxunmayan mahnının aqibətindən danışıb: 

"Natavan mahnını oxumur. Çünki Nadir Nəğd Pulun başına nəsə düşüb. Aranjman işi ona həvalə edilib. Natavan mənim də, Nadirin də pulunu verib. Ləngidir, oturub gözləyirik. Sevda Ələkbərzadə və Tünzalə Ağayeva ilə duet gözləyirəm. Mahnılar aranjman da olunub. Lirik bəstələr olduğu üçün payızda işıq üzü görəcək. Bu yay isə "Dondurma"nı sevənlərimin ixtiyarına verəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.