Şou-biznes

Elçindən toyunda ona lağ edənlərə cavab - VİDEO

3 May 2016 12:49
27 Şərh     Baxış: 11 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən günlərdə sabiq millət vəkili Sabir Rüstəmxanlının qızı Aydanla ailə həyatı quran müğənni Elçin Cəfərov toylarında ən çox müzakirə olunan rəqslərindən danışıb. 

Milli.Az big.az-a istinadən xəbər verir ki, "Space" telekanalında yayımlanan "Sizinləyəm" verilişində müğənni bildirib ki, bu rəqsdən sonra çoxları onlara irad bildirib:

"Toydakı rəqsimizi birlikdə seçmişdik. Çoxları bizi qınadı ki, nəyə görə milli rəqs oynamadınız. Sadəcə olaraq o rəqsin qaməti, həmin rəqsdə kişi obrazı xoşuma gəlirdi. Köhnə türkçülüyü xatırladan bir rəqs idi. Xoşuma gəldiyi üçün o rəqsi seçmişdik. İstəmirdim ki, standart rəqs olsun. Kişisayağı rəqs idi... Toya 450 nəfər insan çağırmışdıq, amma 700-dən çox insan gəlmişdi. Həyatımda bu qədər şəkil çəkdirməmişdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elçindən toyunda ona lağ edənlərə cavab:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.