Şou-biznes

"Hər kəsin içində tərbiyəsizlik yatır..." - FOTO

2 May 2016 13:27
3 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 il yarımdır ki, konsertə hazırlaşıram. Bu konsertin üzərində böyük bir məsuliyyət var. 5-6 konsert vermişik, hər kəsin güldüyünün şahidi olmuşduq. Amma "stand up"larda Cem Yılmaz axtaranlar var.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev söyləyib.

O bildirib ki, insanlar açıq-saçıq danışıqlara öyrəşməyib:

"Özümü Cem Yılmaza oxşatmıram. Hamı o aktyoru tanımamışdan qabaq məni tanıyıb. 2003-cü ildə "Tək səbr" layihəsində monoloq söyləmişəm. Cem Yılmaz çox açıq-saçıq danışır və hər kəsin içində bir tərbiyəsizlik yatır. Hamı bunu qəbul etməlidir və insanlar belə şeyləri eşitmək istəyir. Biz açıq danışıqlara öyrəşməmişik".

Aktyor sürücülük vəsiqəsiz avtomobil idarə etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib:

"Bu, yanlış məlumatdır. Bir müddət əvvəl sürücülük vəsiqəsiz maşın sürürdüm. Sağ olsunlar, indi vəsiqəm var. Mən belə tərbiyəsizlik etmərəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.