Şou-biznes

"Birotaqlı evdə yaşayıram, bahalı maşın sürmürəm"

29 Aprel 2016 18:11
9 Şərh     Baxış: 3 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-bəstəkar Murad Arif yaradıcılığında yenilik edəcək. 

Milli.Az axşam.az-a açıqlama verən sənətçi ilk dəfə süjet xətti olan klip çəkdirəcəyini deyib. O, yeni yazdığı "Dondurma" mahnısını kliplə birgə təqdim etmək istədiyini söyləyib:

"Klipin rejissoru Calal Kəngərli olacaq. Çox maraqlı və rəngarəng bir ssenarimiz var. İlk dəfə süjet xətti olan klip çəkdirirəm. Tərəf müqabilim olmayacaq. Amma klipdə çox tanınmış xanımla bəy çəkiləcək. Onlar bir-birini məhv edəcəklər. Mən "yayın hiti, klipi" iddiasında deyiləm. Mən ürəyimdən keçən işi görürəm".

M.Arif bu klip üçün geyim tərzində də dəyişiklik edəcəyini bildirib:

"Artıq 90 kiloqramam. İki ildir bu çəkidən düşmürəm. 25 kiloqram itirmişəm. Bu halım məni qane edir. Sırf bu klip üçün arıqlamağı düşünmürəm, amma geyim tərzimi dəyişəcəm. Birotaqlı evdə yaşayıram, bahalı maşın sürmürəm, amma hər gün işləyirəm. Sənətimi çox sevirəm, hədəflərim yüksəkdir. On ildən sonra bu gün oxuyanların çoxu kənara çəkiləcək, yarısı toya yönələcək. Amma Murad Arif gündəmdə olacaq. Mən təsadüfi insan deyiləm, özü yazıb, özü oxuyan biri unudulmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.