Şou-biznes

Elçin: "Toyda elə insanlar var idi ki" - FOTO

29 Aprel 2016 17:53
3 Şərh     Baxış: 4 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elçin Cəfərov yenicə barışdığı aktyor Elşən Orucovla birlikdə fotokamera qarşısına keçərək şəkillər çəkdirib. 

Milli.Az bildirir ki, axşam.az-a açqılama verən ifaçı 2 ildir küsülü olduğu dostuna barışıq addımını özünün atdığını deyib:

"Barışıq toyumda oldu. Mən hər zaman barışıq tərəfdarı olmuşam. Küsülü qalmağı sevmirəm. Bilmirik ki, sabah başımıza nə gələcək. Fərqi yoxdur pis kimdir, əsas barışıqdır. Bu, Allaha da xoşdur. Çox sevindim ki, dəvət etdiyim insan toyuma gəldi, qarşıma keçib, qol açıb oynadı. Ürəyim açıldı".

E.Cəfərov toyunda dəvətsiz qonaqların da çox olduğunu etiraf edib:

"Dəvətsiz gələnlər arasında pərəstişkarlarım da oldu. Gəlib şəkil çəkdirib getdilər. Elə qonaq da var idi ki, dəvət etdim, amma gəlmədi. Heç kimdən incimirəm, hamını başa düşürəm".

Müğənni toyunun mediaya qapalı olmasına aydınlıq gətirib:

"Sevindirici haldır ki, sənət dostlarım xoş günümüzə sevinir, foto çəkdirir paylaşırlar. Amma "medianı buraxmadı" ifadəsi kobud idi. Axı mən elə insan deyiləm. Toyda elə insanlar var idi ki, onların görüntülənməsinə icazə yoxuydu".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.