Şou-biznes

Azərbaycanlı aparıcı: "Mən ayrı tərbiyə almışam"

12 Mart 2016 12:24
8 Şərh     Baxış: 3 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tezdən oyan" verilişinin aparıcısı Fira başqalarının fikrinə önəm vermədiyini bildirib.
 
Publika.az-a açıqlamasında düşüncəsini belə izah edib:
 
"Ətrafdakı insanların dedi-qodusu məni narahat edir. İnsan nə qədər onun-bunun fikri ilə oturub-durmalıdır? Böyüklərimiz, ağsaqqallarımız var. Onların fikrinə diqqət etmək lazımdır. Amma nə vaxta qədər həyatımızı "Başqaları nə deyər?" fikri üzərində qurmalıyıq? Niyə öz fikrimi, öz istəyimi əsas götürməməliyəm? Heç övladlarımızı da məcbur etməli deyilik.

Niyə uşağım mənə deməlidir ki, sən məni məcbur etmisən. İnsan öz həyatını idarə etməlidir. Mən ayrı tərbiyə almışam. Uşaqlıqdan qərarlarımı özüm verirəm. Uşaq olsam da, nə geyəcəyimi belə özüm müəyyənləşdirirdim.

Uşağımı da belə böyüdürəm. 4 yaş yarımlıq oğlum da seçiminə uyğun geyinir. Saç stilini belə özü müəyyənləşdirir. Mən onu yeməyə də məcbur etmirəm. Acdırsa, yemək verirəm. Gələcəkdə də belə olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.