Şou-biznes

Aparıcıdan Murad Dadaşova: "Ona Novruz ənənələrini başa salaram"

12 Mart 2016 11:47
6 Şərh     Baxış: 6 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lider" telekanalının aparıcısı Fəxriyyə Lilpar İsayeva əməkdar artist Murad Dadaşovun Novruz bayramının adətlərini tənqid etməsinə əsəbləşib. 

Axşam.az-a açıqlama verən aparıcı şoumenə Novruz adət-ənənlərini izah etməyə çalışıb:

"Onun bayağı adlandırdığı televiziyalarımızda Novruzla bağlı hər il, demək olar ki, bütün verilişlərdə məlumat verilir. Onun ürəyincə olmayan Novruzu müasirləşdirmək isə yeni tikilən binada meyvə ağacı yetişdirməyə bənzəyir. Murad Dadaşovun Novruz bayramına münasibəti, açığı, məni təəccübləndirdi. Ölkədə yetərincə tanınan və televiziyanı bayağı verilişlərin olmasında günahlandıran Murad Dadaşov gərək hər mövzuda bir az da olsa, məlumatlansın.

Yəqin, yetərli məlumatı olmadığından biri mənə başa salsın deyib. Odur ki, gəlsin, mən ona Novruz ənənlərini başa salım. Dissertasiyamda  "Xalq oyun tamaşalarının təşkili prinsipləri" mövzusunu fərqlənmə ilə bitirməyim bunu deməyə əsas verir.  Novruz bayramı nəinki bizim ölkədə, ümumilikdə türkdilli xalqların milli bayramıdır. Novruz "yeni gün" deməkdir. Xalq təbiətin oyanmasını xüsusi mərasimlərlə qeyd edir. 

Azərbaycanda mərasim tamaşaları 2 qismə bölünür. Birincisi mövsümi mərasimlər, ikincisi məişət mərasimləri. Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması ilə bağlıdır. Novruz mövsüm mərasimidir. Kosa və Kecələ gəlincə, onlar personajlar olaraq qışı təmsil edirlər. Kecəl torpaq anlamına gəlir, "keçəl başda tük bitmək" ifadəsi isə torpaqda ot göyərməsi anlamına gəlir. Kosanı  isə çox zaman keci ilə əlaqələndirirlər. Keçi təsərrüfatda insanın daha çox istifadə etdiyi heyvandir. Südü ana südünə yaxındır. Bir sözlə, Novruz bayramı və onu təmsil edən personajlar insanın təbiətlə birbaşa əlaqəli olduğunu göstərir.  Ümumiyyətlə, bu barədə çox danışmaq olar, yetərincə mənbələr var. 

Əgər oxumaq istəmirsə, hər ilin fevralında, yəni çərşənbələr başlayandan etibarən onun bayağı adlandırdırdığı televiziyalarımızda geniş şəkildə məlumat verilir.  Məncə, Murad Dadaşov hər hansı sözü deməzdən öncə yetərincə məlumatlansa, yaxşı olar".

Qeyd edək ki, M.Dadaşov saytımıza açıqlamasında Novruz bayramını tənqid etmiş, ənənələri bəyənmədiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.